Sentyabrdan yeni məktəbli formasına keçid prosesi başlanılacaq - Rəsmi

Vahid məktəbli formasına keçidlə bağlı tədris ilinin sonunda bütün məktəblərin pedaqoji şura iclası keçirilib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

"Şurada təlimata uyğun olaraq, məktəbli forması seçimləri aparılıb. Bu seçimlərlə də sentyabr ayından yeni məktəbli formasına keçid prosesi başlanılacaq. Bu il əsasən yeni məktəbli formalarının tətbiq edilməsi nəzərdə tutulub. Biz yeni məktəbli formasına keçidi istəyirik. Çalışacağıq ki, valideynlər bununla bağlı problemlər yaşamasınlar",- deyə M.Vəliyeva əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31