Elektron siqaret insan orqanizmi üçün təhlükəlidir - ÖZƏL

"Qlobal tütün marketinqi yeni məhsulların, o cümlədən elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqinə çalışır, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verir". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayevin sözlərinə görə, əslində tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi halların artmasını qeydə alır: "Hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başlayır, sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31