Bakıda keçirilən magistr imtahanına cadu ilə gəldi
12 İyun 2023 12:11 SosialBakıda keçirilən magistraturaya qəbul imtahanına qatılan tələbələrdən birinin üzərindən cadu aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu Feysbuk hesabında məlumat verib.
"Dördkünc qırmızı parçaya nəyisə büküb üzərinə qəpik qoyaraq sapla plyus formasında sarıyıblar. Daha sonra parçanın üzərinə şam əridib töküblər. Təsəvvür edin, bu cadunu 4 il universitetdə ali təhsil alan bir tələbə Bakıda keçirilən magistr imtahanına gətirib. İmtahanlarda yüksək bal toplamaq üçün yaxşı oxumaq, öyrənmək lazımdır. Caduyla imtahandan keçmək olsaydı, heç kim hazırlıqlara pul tökməzdi", - paylaşımda qeyd olunub.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31