Məktəbdə hədiyyəni verən də alan da günahkardır - ÖZƏL

İki gündür mətbuat, saytlar, sosial şəbəkələr iki ibtidai sinif müəlliminə qızıl hədiyyə edilməsindən danışır. Normalda hədiyyə alınar da verilər də. Kimdir günahkar?  "Olaylar"ın məlumatına görə, təhsil üzrə ekspert Məzahir Məmməli bildirib ki, hədiyyəni verən də alan da günahkardır: "Harda görünüb ki, hədiyyə verəndə onu nümayış etdirəsən, bütün el aləmə car şəkəsən. Bu hədiyyə içdən gəlirsə onu səmimi olaraq müəllimin şəxsinə təqdim etmək olmazdımı? Çəkiliş edib onu yaymaq nəyə və kimə lazım imiş. Ölkədə bir milyon 700 minə yaxın  şagird təhsilin müxtəlif pillələrində təhsil alır. Təxminən 170 minə yaxın da müəllim var. Təəsüflər olsun ki, bu iki fakt bu qədər müəllim və şagirdin  imicini zədələyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31