Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir - ÖZƏL
12 İyun 2023 10:29 Sosial"Kosmik Fəaliyyət haqqında" qanun kifayət qədər strateji sektorda fəaliyyətləri tənizmləyəcək. "Olaylar" xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Bildirib ki, 2009-cu ildə Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" təsdiq olunduqdan sonra, qısa müddət ərzində ölkəmiz kosmik xidmət göstərən dövlətə çevrildi: "Hazırda Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir. Bu fəaliyyət genişləndikcə ayrıca qanunun qəbuluna ehtiyac var idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31