Qarabağın erməni sakinləri Laçın keçid məntəqəsindən maneəsiz hərəkət edirlər - VIDEO
10 İyun 2023 14:56 SosialAzərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası sərhəddə yerləşən Laçın buraxılış məntəqəsini sərbəst şəkildə keçməkdə davam edirlər.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, yeni yayılan kadrlarda onların keçidi prosedurunun Xankəndi-Gorus istiqamətində həyata keçirildiyi aydın görünür.
Mülki vətəndaşların Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobili ilə keçidi təmin edilib.
Qeyd edək ki, "Laçın" sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.
Həmin videonu təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31