Əmək bazarında məşğulluğun təmin edilməsi ilə bağlı sorğu keçirilib

"Məktəb guşəsi" təhsil portalının məzunların əmək bazarında məşğulluğunun təmin edilməsi ilə bağlı keçirdiyi sorğunun yekunlarına dair Azərbaycan Dövlət Pedaqoji Universitetində tədbir keçirilib. Bu barədə "Olaylar"a məlumat verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, onun da iştirak etdiyi tədbirdə bildirilib ki, əsasən, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universiteti yüksək göstəricilər əldə ediblər: "Həmçinin, Pedaqoji Universitetdə olarkən vaxtilə sözügedən universiteti bitirmiş tanınmış Azərbaycan ziyalıları və təhsildə fərqlənən tələbələrlə bağlı yaradılmış yeni guşələrlə tanış olduq, imtahan prosesini izlədik. Sorğuda yüksək nəticələr əldə edən universitetləri bir daha təbrik edir, təhsilimizin keyfiyyət və məzmunun artırılması naminə fəaliyyətlərində yeni uğurlar arzulayıram!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31