Gömrükçülər könüllü qanvermə aksiyasında iştirak ediblər - FOTO

İyunun 9-da Dövlət Gömrük Komitəsinin əməkdaşları Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında könüllü qanvermə aksiyasında iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə keçirilən aksiyada 150-dən çox gömrük əməkdaşı könüllü donor olublar.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkimləri tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31