Deputat gənclərə hansı töhvələr verdi? - ÖZƏL

Millət vəkili Ceyhun Məmmədovun "Karyera planlaması" mövzusunda gənclərlə növbəti təlimi baş tutub. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Karyera və İşə Hazırlıq Mərkəzində "Karyera planlaması" mövzusunda gənclərlə növbəti təlimimiz baş tutdu. Görüşdə həyatda uğurlu və cəmiyyət üçün faydalı insan olmaq üçün gənclərin yiyələnməli olduqları bilik və bacarıqlardan ətraflı bəhs etdik. Təlimin sonunda gəncləri düşündürən suallar ətrafında geniş müzakirələr apardıq. Şahin Sərdarlının rəhbərliyi ilə gələcəyimiz olan gənclərin inkişafına davamlı töhfə verən  Karyera və İşə hazırlıq Mərkəzinə, eləcə də təlimdə iştirak edən bütün gənclərə ölkəmizin rifahı və inkişafı naminə yorulmaz fəaliyyətlərində yeni uğurlar arzulayıram. Gənclər bizim gələcəyimizdir, gələcəyimiz onlara əmanətdir, onların yanında olmaq, onların inkişafına dəstək vermək hər birimizin borcudur!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31