Təhsil Nazirliyi, sizin xəbəriniz var ki, astronomiya fənni 11-ci sinifdə keçirilir? - ÖZƏL

"Xəzər TV uşaqların 1-ci sinifə qəbulu haqda süjet hazırlayıb. Aydın olub ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 1-ci sinifə qəbul olmaq istəyən balacalar üçün suallar salıb ki, ən soyuq planet hansıdır, ən isti planet hansıdır. Təhsil nazirliyi, sizin xəbəriniz var ki, astronomiya fənni 11-ci sinifdə keçirilir?"

Olaylar.az xəbər verir ki, bunu Xanım Əliyeva öz şəxsi "Facebook" hesabında yazıb.

"1-ci sinifə qəbul olmaq istəyən uşaq haradan bilə bilər ki ən isti, ən soyuq planetlər hansıdır? Suallarınızı tərtib edən şəxs, nə deyib tərtib edir? O sualın cavabını heç siravi ali təhsilliyə versən, bəlkə bilməz qalmışdı 1-ci sinifə daxil olmaq istəyən uşaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31