"e-sosial.az” portalından 69 milyon dəfə istifadə edilib
2 İyun 2023 14:42 SosialSon beş ildə sosial sahədə geniş elektronlaşma proqramının icra oluub. Nazirliyin 153 xidmətindən 140-dan çoxu elektronlaşdırılıb. "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib: "Həmin dövrdə bu e-xidmətlərə 64 milyon müraciət, Nazirliyin e-sistemlərinə 572 milyon sorğu və müraciət qeydə alınıb, qurumun 31 e-xidməti üzərindən 3,3 milyon e-arayış verilib. Dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə yaradılan "e-sosial.az" portalından isə 69 milyon dəfə istifadə edilib. Nazirlik tərəfindən 2019-cu ildən bəri yaradılan 51 proaktiv təyinat mexanizmi üzərindən sosial ödənişlər üzrə 715 min proaktiv təyinat həyata keçirilib, 692 min fərdi hesab e-qaydada açılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31