104 min şəxsə reabilitasiya xidmətləri göstərilib
2 İyun 2023 14:42 Sosial2018-2023-cü illərdə Əmək və Əhalinin Sosisl Müdafiəsi Nazirliyin müəssisələrində 104 min şəxsə reabilitasiya xidmətləri göstərilib. "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Bildirib ki, əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib, sosial xidmətlər, günərzi, icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişləndirilib: "2018-ci ildən sonrakı dövrdə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyi, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açıldığı bildirilib. Qeyd olunub ki, yaxın aylarda Şamaxıda Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi açılacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanacaq. Görülən işlər reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib".