Əmək müqavilələrinin sayı 35 faiz artıb

2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olub. "Olaylar" xəbər verir ki, bunu  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Bildirib ki, bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfərin işlə təmin olunub, 62 min nəfər özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb: "Proqramına cəlb olunanların illik sayı 14 dəfə artaraq 16 mini ötüb. 445 min nəfər peşəyönümü xidmətlərə, 16 min nəfərin peşə hazırlığına cəlb edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31