Sahiblərinin erməni olduğu iddia edilən"Yandeks" və "Uber" taksi şirkətləri barədə ciddi ölçü görülməsinin vaxtı çatıb - ÖZƏL
2 İyun 2023 12:11 SosialFırıldaqçı ofşar və transmilli şirkətlərin ölkəmizdə fəaliyyəti milli və dövlət maraqlarımızla ziddiyyət təşkil edir. Xüsusən, belə şirkətlərin başında azərbaycanlıların qanına susamış qatı milliyyətçi erməni durduqda belə fəaliyyətin vətəndaşlarımız üçün nə qədər təhlükəli olması gün kimi aydın olur. Belə şirkətlərdən biri də taksi xidmətini həyata keçirən "Yandeks" və "Uber" şirkətləridir. "Olaylar"ın məlumatına görə, sözügedən şirkətlərin əhaliyə göstərdiyi keyfiyyətsiz taksi xidmətləri barədə kifayət qədər fakt olmasına baxmayaraq, onun başında duranlar Azərbaycanda öz fəaliyyətlərini daha da genişləndirməyə çalışırlar. "Yandeks" şirkətinin Azərbaycanda nümayəndəlik açmaq istəyi fikrimizi bir daha təsdiqləmiş olur. Xatırladaq ki, "Yandex Taksi" xidmətinin təsisçisi və baş direktoru qatı millətçi olan erməni Tiqran Xudaverdiyandır. O, 2006-cı ildə "Yandex" şirkətində layihə menecri kimi işə başlayıb. 2010-ci ildən isə "Yandex Taksi"yə rəhbərlik edir. T.Xudaverdiyanın təsisçisi olduğu "Yandex Taksi" xidməti hazırda 6 ölkədə - Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanda fəaliyyət göstərir. Məsələ orasındadır ki, rəhbəri erməni olan sözügedən şirkət keyfiyyətli taksi xidməti göstərmək əvəzinə min cür oyundan çıxır. Saxta qeydiyyatla fəaliyyətini quran şirkət asanlıqla vergidən yayına bilir, əmək qanunverisiliyini kobud şəkildə pozur. Belə ki, sürücülərlə heç bir əmək müaqaviləsi bağlamayan şirkət bundan istifadə edərək onları 12-14 saat işləməyə vadar edir. Bu azmış kimi sürücülər tibbi, psixoloji və narkoloji testdən keçmədən asanlıqla işə qəbul oluna bilirlər. Təsadfü deyil ki, bu günlərdə hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən reyd zamanı 60-dan artıq taksi sürücüsü saxlanıb ki, onların ya bu növ fəaliyyət üçün tələb olunan sənədi olmayıb, ya da narkotik vasitələrin təsiri altında avtomobili idarə ediblər. Bu azmış kimi sözügedən taksi sürücüləri müştəriləri olan qız və gəlinlərə əxlaqsız təkiflər etməkdən belə çəkinmirlər. Sadalanan faktlar deməyə əsas verir ki, "Yandeks" və "Uber" taksi şirkətləri barədə ciddi ölçü görülməsinin vaxtı çatıb.