İnsan taleyinə biznes kimi baxan məmur oliqarxlarımız hələ də var - ÖZƏL

"Dünyada, hətta qonşu ölkələrdə tibbi sığorta işləsə belə, hələ də bizim ölkə məmurları necə illərdi, düşünüb, fikirləşib, yarı-yarımçıq bir tibbi sığorta tətbiq ediblər. Cünkü  insan taleyinə biznes kimi baxan məmur oliqarxlarımız, çox təəssüf ki, hələ də var. Həkimə gedə bilməyən vətəndaş, getməli olsa belə, ölməyi daha cox dərd edir. Cünkü orada olan ab- hava, lap bezdirici haldadır. Tibbi sığorta ilə həkimə yaxınlaşanda, ona göstərilən münasibət heç də ürəkaçan olmur. Xəstəxanada yatmaq pul, dərman pul, hətta danişmaq pul, biçarə xəstə bilmir neyləsin". Bunu deyən Milli Cəbhə Partiyası (MCP) sədrinin birinci müavini Rafiq Daşdəmirov "Olaylar"a bildirib ki, Allah eləməsin ki, öləsən, ölənin ölməsi canını bu bivəfa dünyadan qurtarsa da, geridə qalanlarin dərdi lap pis olur: "Ölünün xərçi, dirildən də pis gündə. Hələ də ölkədə qəbir yerlərinin bir metrinin qiyməti min manatdan yuxarı."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31