Azərbaycanda dəhşət: İtkin düşən şəxsin yanmış və parçalanmış meyiti tapıldı
2 İyun 2023 11:37 SosialQaxda itkin düşən şəxsin yanmış meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, mayın 25-də itkin düşdüyü bildirilən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun özünü yandıraraq intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, D.Yusifovun son vaxtlar psixoloji problemləri olub. Onun meyitinin bir hissəsi vəhşi heyvanlar tərəfindən parçalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31