Araz Obalıdan Əhməd Obalının son durumu ilə bağlı AÇIQLAMA
21 May 2023 20:25 SosialOlaylar.az Günaz.TV-ə istinadən xəbər verir ki, Bakı ofsinin rəhbəri Araz Obalı faktı təsdiq edib.
"Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb.
Hal-hazırda durumu orta ağırdır.

Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb.
Qollarını və ayaqlarını hiss etmir. İnşallah, ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik.
Araz Obalı bildirib ki, hadisə ilə araşdırma davam edir.
"Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq onların sayı məlum deyil"-deyə, Araz Obalı bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31