Bunu etsəniz, 50 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ - DİQQƏT!
8 May 2023 15:56 SosialBakıda bir sıra küçələrdə çəkiliş zamanı ərazilərdə zibil tullantılarının olması üzə çıxıb.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bəzi şəxslər zibilləri qutuya atmaq əvəzinə onları avtobus dayanacaqlarının dəmirlərinə bərkidir və ya yerə atırlar.
Küçələrin hər gün adiyyəti qurumların əməkdaşları tərəfindən təmizlənməsinə baxmayaraq insanların mütəmadi olaraq yerə zibil atması acınacaqlı vəziyyəti ortaya qoyub.
Məlumat üçün bildirək ki, qanunvericilikdə ətrafı zibilləyənlər üçün 50 AZN cərimə nəzərdə tutulub.
Ətraflı ARB-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31