Azərbaycanda koronovirusa yoluxanların sayı açıqlandı
5 Aprel 2023 18:38 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 830 056 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 403 nəfər müalicə olunaraq sağalıb, 10 193 nəfər vəfat edib, aktiv xəstə sayı 460 nəfərdir.
Ölkədə son sutka ərzində 1 732, hazırkı dövrədək isə 7 564 431 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31