AzMİU-da Karyera sərgisi keçiriləcək
30 Mart 2023 12:19 SosialAzərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti dəfə tələbə və məzunlar üçün Karyera sərgisi keçiriləcək. Məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə 70-dən çox dövlət qurumu, müəssisə və təşkilat ümumilikdə 200-dən çox vakansiya və təcrübə proqramı ilə iştirak edəcək.
"OLAYLAR"-a təhsil ocağından bildirilib ki, sərgidə iştirakçı qurumlar tərəfindən AzMİU tələbə və məzunlarına ixtisasları üzrə məşğulluq, iş və təcrübə imkanları təklif ediləcək.
Karyera sərgisi 4 aprel 2023-cü il tarixində, saat 10.00-da, Ayna Sultanova küçəsi 11 ünvanında - AzMİU-nun İdman Kompleksində keçiriləcək.
AzMİU rəhbərliyi, Təcrübə və Karyera Mərkəzi universitetin bütün tələbə və məzunlarını sərgidə aktiv iştiraka dəvət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31