Bakıda ağır yol qəzası - Qadın öldü
30 Mart 2023 11:18 SosialBakıda avtomobil qadını vuraraq öldürüb.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə Pirallahı rayonu ərazisindən qeydə alınıb.Həsənov Əli Vaqif oğlu idarə etdiyi "Dacia Logan" minik markalı avtomobillə hərəkətdə olarkən piyada, 1969-cu il təvəllüdlü Eyravilova Esmira Məhəmməd qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31