Bizdə bir dərmanın qiyməti Türkiyədən 20 qəpik ucuzdur - Deputat
29 Mart 2023 15:14 SosialDeputat Kamaləddin Qafarov Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında bildirib ki, Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur.
"Olaylar" xəbər verir ki, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu fikirlə razılaşmayıb və deputata cavab verib. "Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur. Siz mənə nümunə göstərə bilərsiniz?".
Deputat Kamaləddin Qafarov isə bildirib ki, bir dərmanın qiyməti bizdə 20 qəpik ucuzdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31