“Ona savadı çatıb izah edən yoxdurmu ki, bulvar ictimai məkandır”

"Əminliklə demək olar ki, bulvar idarəsinin rəisi bulvara xəyali çəpər çəkib. O artıq düşüncəsində bulvarı özünküləşdirib. Səhər yuxudan duranda da fikirləşir ki, görəsən bu gün məni çağrıb nazir təyin edəcəklərmi". "Olaylar"ın məlumatına görə, bunu deyən hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, yerli icra hakimiyyəti ola-ola niyə hər parkın, xiyabanın ayrıca adminstarsiyası olmalıdır: "İkincisi bu admları hardan tapıb yığırlar? O şəxsin idarəsində bir nəfər də olsun savadlı insan yoxdurmu? Lap qohum-əqrəbası işləyir tutatq ki, orda. Ona savadı çatıb izah edən yoxdurmu ki, bulvar ictimai məkandır. Əsasnamədə yazılan isə kino filan çəkilişi üçündür. Yəni tutaq ki, bulvarın bir hissəsinin bağlanması və orda sənədli ya bədii filmin çəkilməsi və s. Bu nə deməkdir?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31