Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi
29 Mart 2023 13:08 SosialBakıda əcnəbi ölkə vətəndaşı intihara cəhd edib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Əfqanıstan vətəndaşı olan 1994-cü il təvəllüdlü Z.Qulami üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun intihar cəhdinin qarşısı ərazidəki polis əməkdaşları tərəfindən alınıb.
Z.Qulami izahatının alınması məqsədilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31