Şakiranın yeni sevgilisi var
28 Mart 2023 16:35 SosialMəşhur müğənni Şakira eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikedən ayrıldıqdan sonra yeni eşqə yelkən açıb.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, cütlük 4 ay əvvəl Mayamidə tanış olub. Həmin şəxsin kimliyi ilə bağlı hələlik hər hansı məlumat yoxdur.
Qeyd edək ki, Şakira Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.
Hazırda Klaranın hamilə olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31