Razi Nurullayevə Dənizkənarı parkda QADAĞA

"Milli Cəbhə Partiyasının sədri, Parlamentdə təmsil olunan deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayevə Dənizkənarı parkda müsahibə verməyə icazə verməyiblər .Belə çıxır ki, bunların heç anlayışı yoxdur ki, deputat kimdir, nə işlə məşğuldur, Milli Məclisin komitələri nədir... Dövlət qurumları və onların işçiləri belə şeyləri niyə başa düşmürlər, niyə öyrənmirlər?! Onların başları nəyə qarışıb? Çox düz başları qarışıb,amma yaxşı işlərə yox pis işlərə". "Olaylar"ın məlumatına görə, Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli qeyd edib ki, hamımız bilirik ki, bulvarda əkilmiş gül çiçəklərə, saçlara, təmirə milyonlarla pul vəsaiti xərclənib, özüdə büdcədən. Dogrudanmı xərclənən vəsaitdə korrupsiyaya əməli yoxdur.Yəqin ki var, özüdə küllü miqdarda.Kim deyə bilər ki, elə gün ay varmı ki, bulvarda təmir işləri aparılmasın. Demək olar ki, hər gün güllər söküb yeniləyirlər. Bəs nədən partiya sədrini,özüdə deputatı ora buraxmayıblar.Öna görə ki,birdən yuxarı distansiyalar nəyisə başa düşər, maliyyə hesabatı istəyərlər. Bax buna görə buraxmayıblar ki, pis əməlləri bilinməsin. Allah polisin atasına rəhmət,yenə insanı başa düşürlər,sən demə bu bulvar idarəsinin təhlükəzlik idarə işçiləri lap zırramadılar.Olmaya olmaya bir gənc qız oğlan bir yerdə oturduqlarını görələr.Vəssalam, yazıq gəncləri didərgin salırlar.Aləm qarışır, a kişilər gəncdilır, nişanlıdılar, etməyin eləməyin.Bəs nə danışırsan olmaz, tərbiyə məsələsidir. Görünən odur ki, bu qurum özünü strateji hərbi əhəmiyyətli bir təşkilat, bulvarı atasından qalmış miras kimi zənn edir. Axı bu qədər də olmaz.Əgər deputat orda çəkiliş aparıb gəzə bilmirsə,onda sıravi insanlar nə etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31