Naxçıvanda yeni təyinatlar
28 Mart 2023 10:09 Sosial"Naxçıvan Sığorta" ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu, Anar Cəlilovdur.
O, "Naxçıvan Sığorta"nın rəhbərliyində Əsədulla İsgəndərovu əvəz edib.
Bundan başqa, şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tural Ələkbərov sədr vəzifəsinə təsdiqlənib.
Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100 % "Naxçıvan Bank" ASC-dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31