“Taksim Kebap”ın rəhbərinə ölkədən çıxış QADAĞAN EDİLDİ
27 Mart 2023 21:34 SosialMəşhur "Taksim Kebap" restoranının filiallarından birinin rəhbəri Həqiqət Mamedovanın ölkədən çıxışına qadağa qoyulub.
Olaylar.az sfera-ya istinadən bildirir ki, onun barəsində Dövlət Vergi Xidməti tərəfindən Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. Hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda iddia təmin edilib.
H.Mamedovanın "Montana-H" MMC-nin rəhbəri kimi vergi borcunu ödəməkdən yayındığı bildirilir.
Qeyd edək ki, "Taksim Kebap" Bakıda bir neçə filialı olan məşhur restoranlar şəbəkəsidir. H.Mamedova isə daha əvvəl mediada şəbəkənin Binəqədi rayonunda yerləşən filialının rəhbəri kimi təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31