Qəzada faciəvi şəkildə ölən Oqtay Əliyevin içinə köçə bilmədiyi VİLLASI - Həmin gün... - FOTO

22 mart 2023-cü ildə Saray qəsəbəsi yaxınlığında "Lexus" markalı maşının qəzaya düşməsi nəticəsində avtomobili idarə edən əməkdar mədəniyyət işçisi, "Soy" prodakşnın rəhbəri, rejissor Oqtay Əliyevin faciəvi şəkildə həlak olması ölkədə şok effekti yaradan növbəti hadisə oldu.

"Böyük risk edib o vaxt Namiq Qaraçuxurlunun "Papanın gül balası" klipinə çəkilmişdim" - Xalq artisti

Olaylar.az xəbər verir ki, Oqtay Əliyevin uzun zamandır tikdirdiyi bağ evinin görüntüləri sürətlə yayılmaqdadır. Həmin villada tikinti işləri ilə əlaqədar mərhumun bir gün də həmin mənzildə yaşamaq imkanının olmadığı bildirilir. O da qeyd edilir ki, Oqtay Əliyev qəzaya düşdüyü zaman həmin bağ evinə gül əkmək üçün gedirmiş.

Qeyd edək ki, Oqtay Əliyevin xanımı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki müxtəlif dərəcəli xəsarətlərlə həmin qəzadan sağ çıxıblar. 


Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31