Orta məktəblərdə siqaret çəkmək vərdişi geniş vüsat alıb - ÖZƏL

"Siqaret çəkmənin zərərli bir vərdiş olmağı hamı üçün aydın olsa da, günü-gündən siqaret çəkənlərin sayı artmaqdadır. Siqaret çəkmək və bu pis vərdiş çəmiyyətdə yaxşı qarşılanmasa da, siqaret çəkənləri müdafiə edənlər də az deyildir.Yan-yörəndə təmiz hava udmaq istəyən insanlara zəhər qoxusu uddurmaq heç bir insanlığa siğmayan işdir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyasının  birinci müavin Rafiq Daşdəmirlinin sözlərinə görə, əsasən orta məktəblərdə və gənclər arasında siqaret çəkmək geniş vüsat almışdır: "Siqaretin fəsadlarını bildiyimiz halda, bu iyrənc adətdən əl cəkməyin cətinlikləridə var. Sadəcə iradəli insanlar bu adətdən əl çəkməyi bacarmalıdırlar. Bəzən gənc ailə öz maşınları ilə harasa gedəndə,sürüçünün yanqılı -yanqılı siqaret çəkməyi lap utancvericidir. Təsəvvur edin ki, maşında olan gül qoxulu uşaqların ustlərindən zəhərin qoxusu hər yanı bürüyəcək. Uşaq bunu hiss etməsədə ona dəyən ziyan sonradan buruzə verəcək. Maddi sixıntılar içində yaşadığımız cəmiyyətdə, siqaretə xərclənən vəsaitə yeyəçək alınmaqdansa, boğazından kəsib siqaretə xərcləməyin mənası varmı görəsən. Bilirsənmi ki, sonradan fəsadları ağır olduğu halda dərmana pul xərcləyəcəksən. O ki, qaldı orta və ali təhsil müəssilərində gənclərin siqaret çəkməsinə, hesab edirəm ki, bu məsələ tənzimlənməlidir. Kimliyindən asılı olmayaraq məktəb həyətində siqaret çəkmək qadağan olunmalıdır. Məktəblərdə dərs deyən kişi müəllimlər üçün, şagirdlərin görə bilmədiyi yerlərdə siqaret çəkməsinə istisna etmək olar. Bəzi xanimların da içində bu pis vərdişə aludə olanlar var. Qadınların bizim ölkədə siqaret çəkmələri lap pis adətlərdəndir. Heç olmasa bizim qadınların eldən ayıbdır ,abır həyamız var məsələsi bu məsələlərin sona çatmasına yardımçı olmalıdır. Bir qınaq obyekti bu pis vərdişdən, ana olan qadınlarımızı tərgitməlidir. Hərdən 14 yaşlı oğlan və qızlarımızın əlində o, zəhəri görəndə, gələcəyimizin məhv olduğunu düşünürsən. Ev şəraitində körpə uşaqların yanında siqaret çəkmək, sağlam dünyaya gəlmiş körpəni göz görə-görə asma xəstəliyinə düçar etməkdir. Bax, bu məsuliyyət gənc ata və ananın üzərindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31