Gömrük orqanına bəyan edilməyən brend geyim əşyaları aşkar olunub - FOTO
23 Mart 2023 13:33 SosialHava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasındaİstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının "CİP" zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlbe dilib. Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd "Cartier" markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31