Səfər Mehdiyev 50 YAŞINDA

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin  keçmiş  sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin  50 yaşı tamam oldu. Səfər  Mehdiyev  17 mart 1973-cü ildə anadan olmuşdur.

Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur.

1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır.

2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir.

1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.

2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir. 

23 aprel 2018-ci ildən  30 yanvar 2020-ci ilədək Azərbaycan Respublikası  Dövlət Gömrük Komitəsi sədri vəzifəsində xidmət edib.

"Əməkdar dövlət qulluqçusu" fəxri adı,3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni,1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni,"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə  təltif  olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31