Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir
20 Mart 2023 23:41 SosialSabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
Bu barədə Olaylar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 21-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31