"Ayın 7-si, ya da 8-i öləcək demişdim, elə də oldu”

"2017-ci ildə demişdim ki, Böyük Britaniya kraliçası 2018-ci ildə hər hansı bir ayın 7 və ya 8-də vəfat edəcək".

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev verdiyi proqnozun doğru olması haqda danışarkən deyib. O bildirib ki, kraliça onun dediyi tarixdə vəfat edib:

"Düzdür, dediyim vaxtdan 5 il sonra dünyasını dəyişdi. Lakin mən demişdim ya ayın 7-si, ya da 8-i öləcək, elə də oldu. Onun o tarixdə öləcəyini mənə gizli bir səs demişdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31