Dumanlı hava şəraiti ilə bağlı DYP-dən XƏBƏRDARLIQ
18 Mart 2023 22:24 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martın 21-dək davam edəcək dumanlı hava şəraiti ilə əlaqədar hazırda ölkə ərazisində görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
Olaylar.az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qeyri-iş günlərində respublikanın avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağını da nəzərə alaraq, səfərə çıxan sürücüləri mövcud hava şəraitini düzgün qiymətləndirməyə, bayram ərəfəsində xoşagəlməz hadisələrin yaşanmaması üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31