Yaşayış yeri ilə olduğu yer arasında hansı fərq var?

Azərbaycan qanunvericiliyində şəxsin yaşayış yeri və şəxsin olduğu yer anlayışı əksini tapıb. Qanunvericiliyin tətbiqində bu amillər nəzərə alınmalıdır. "Olaylar"ın məlumatına görə, şəxsin yaşayış yeri dedikdə onun mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Gündəlik və həftəlik normal iş vaxtının müddəti nə qədər olmalıdır? - ÖZƏL

Şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

14 yaşına çatmayanların yaşayış yeri isə onların yaşayış yeri valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. 14 yaşından 18 yaşınadək olanların yaşayış yeri valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31