Gələcəkdə bütün 5 yaşlılar məktəbəhazırlığa cəlb ediləcək

Gələcəkdə bütün 5 yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək. "Olaylar"ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında bildirilib. Məlumata görə, 2022-2023-cü tədris ilində dövlət büdcəsi vəsaiti hesabına ümumi təhsil müəssisələrində 91,5 min nəfər məktəbəhazırlığa cəlb edilib. "Məktəbəhazırlığa cəlb edilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir", - deyə hesabatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31