52 yaşlı azərbaycanlı 10 qadınla internetdə tanış oldu: Hamısına evlilik təklif edib... - FOTO

Rusiyada yaşayan azərbaycanlı 52 yaşlı Nadir Abdulov 10 qadını aldatdığına görə saxlanılıb.

Olaylar.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb. Bildirilir ki, Nadir, qadınlarla internetdə tanış olub. Ardınca xanımları restorana aparan Nadir, onlara vədlər verərək evlənmək təklif edib. Onunla münasibət qurmağa razılıq verən qadınlar, əmlaklarını sataraq, pulları Nadirə veriblər.

İddialara görə, Nadir həmin pullarla özünə obyekt alıb. Azərbaycanlı iddiaları rədd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31