"Arvad hesabına dolanıram" deyən Nemət Pənahlının xanımı nə işlə məşğuldur? - FOTO
16 Mart 2023 12:51 SosialAzərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı TV Müsavat-ın canlı efirində gəlir yerini açıqlayıb. Nemət Pənahlı "Necə dolanırsınız?" sualına "Mən arvad hesabına yaşayıram. Yeganə dolanışıq mənbəyimiz odur" - deyə cavab verib. 61 yaşlı siyasətçi xanımının orta və ali məktəbi qırmızı diplomla bitirdiyini bildirib. Onun sözlərinə görə, siyasi mövqeyi səbəbindən həyat yoldaşı öz ixtisasına uyğun iş tapa bilməyib. Ona görə də o özünü özəl sektorda sınamağa qərar verib. Siyasətçi xanımının hicablı gəlinləri bəzədiyini bildirib. Olaylar.az Yenisabah.az-a istinadən xəbər verir ki, Həcər Pənahlı hazırda məşhur gözəllik salonlarından birində çalışır. H.Pənahlı həm ziyafət, həm də gəlin hicablarının bağlanması və bəzədilməsi ilə məşğuldur. Gözəllik salonundan "Yeni Sabah"a verilən məlumata görə siyasətçinin xanımı ziyafət hicablarını 30 manata, gəlin hicablarını isə 80 manata bağlayıb aksessuarlarla bəzəyir. Xanım Pənahlının gündə bir neçə sifariş götürdüyü deyilir.Həcər Pənahlının əl işlərini təqdim edirik:


