Məktəblərdə Novruz bayramı ilə bağlı tətil günləri açıqlandı
15 Mart 2023 11:05 SosialTəhsil müəssisələrində Novruz bayramı ilə bağlı tətil günləri açıqlanıb.
Bu barədə Olaylar.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" müvafiq qərarına əsasən beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 mart; altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir.
Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31