Sualların çətinlik dərəcəsi necə müəyyən olunur? - ÖZƏL
15 Mart 2023 10:25 SosialSon günlər DİM tərəfindən keçirilmiş buraxılış imtahanında salınmış suallarla bağlı geniş müzakirələr aparılır. Maraqlıdır, imtahanlarda istifadə edilən sualların çətinlik dərəcəsi necə müəyyən olunur? "Olaylar"ın məlumatına görə, Bakı şəhəri, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin direktoru Nasim Abışov bildirib ki, DİM-in keçirdiyi imtahanlarda istifadə olunan sualların çətinlik dərəcəsi əvvəlcədən müəyyən olunur və buna uyğun hər suala ballar verilir. Bu isə sulları qiymətləndirən şəxslərin subyektiv fikrinə əsaslanır: "Müasir dövrdə SAT, TOEFL, GMAT və digər bir sıra beynəlxalq qiymətləndirmədə bizim DİM-dən fərqli olaraq T şkala istifadə olunur. Bu qiymətləndirmə daha obyektivdir, nəticələrin diferensasiyası dəqiq və sullara çətinlik dərəcəsinə görə verilən ballar əvvəlcədən deyil, imtahanda iştirak etmiş şagirdlərin doğru və ya səhv cavab sayının paylanmasına əsasən müəyyən olunur. Yəni, əgər suala az sayda şagird doğru cavab verirsə, həmin tapşırığın T balı daha yüksək olur. Bu şkalada minimal bal 200, maksimal bal 800, orta bal isə 500 götürülür. Hər bir sualınT şkala balı test tapşırıqlarının ümumi sayından, bloklar və variantlar üzrə doğru cavab sayının paylanmasından və bütün şagirdlərin orta balından asılıdır".