Nərgiz Cəlilova AzTV-dən getdi
14 Mart 2023 12:22 SosialBu ilin yanvarında Əməkdar artist Nərgiz Cəlilovanın yeni proqramla efirə çıxacağı barədə informasiya vermişdik. "Sözəbaxan" adlı veriliş Azərbaycan Televiziyasında ekrana gələcəkdi.
Olaylar.az xəbər verir ki, olay-ın əldə etdiyi məlumata görə, son anda baş verən dəyişikliklə televiziya ulduzu AzTV-dəki işindən gedib. Proqramın sonrakı taleyi barədə isə hələ ki bir məlumat yoxdur. Cəlilovanın kanaldan getməsinə tərəflər arasındakı fikir ayrılıqları səbəb olub.
Hətta N.Cəlilova dövlət televiziyasının nəzdində fəaliyyət göstərən akademiyadakı fəaliyyətini də sonlandırıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31