“Psixososial sağlamlığın gücləndirilməsi” mövzusu üzrə təlim keçirilib - FOTO
13 Mart 2023 14:13 SosialAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Beynəlxalq Əlaqələr" şöbəsinin müdiri dos.Mahir Calalovun təşəbbüsü ilə "Psixososial sağlamlığın gücləndirilməsi" ilə bağlı tədbir keçirilib. Akademiyadan "Olaylar"a bildirilib ki, tədbirin keçirilməsi üçün "Psixososial Dəstək, Təlim və Tədqiqat Mərkəzi"nin əməkdaşları - mərkəzin klinik psixoloqu, psixoloq-terapevt Nərmin Ataxan və sosial işçisi Fərrux Hüseynov dəvət olunublar.
Onlar "Psixososial Rifah və Psixi Sağlamlıq" mövzusunda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Maliyyə-İqtisad" fakültəsinin I-III kurs tələbələrinə təlim keçiblər. Təlimçilər "psixososial rifah və psixi sağlamlıq nədir? ", "psixososial sağlamlıq və rifahın əsas xüsusiyyətləri", "psixososial sağlamlıq və psixososial rifaha təsir edən amillər", "psixososial sağlamlıqda yaranan problemlər və onların aradan qaldırılması" və s. suallar barədə təlim iştirakçılarına geniş məlumat verərək, bu problemlərin həlli yollarını açıqladılar. Mövzular müəllim və tələbələr arasında müzakirə edilərək, interaktiv şəkildə keçirildi.
Təlimdə həmçinin Akademiyanın "Maliyyə və mühasibat uçotu" kafedrasının müdiri, dos.Nurəngiz Mikayılova, "Riyaziyyat və İnformasiya texnologiyaları"kafedrasının müdiri, riy.ü.f.d. Niyar Umarova, Akademiyanın psixoloqu Güldəniz Mətin Həsənova və qonağımız -Azərbaycan Kooperasiya Universitetinin "İnklüziv Təhsil və Psixoloji Dəstək" şöbəsinin rəhbəri Nərgiz Ağayeva da iştirak ediblər. Konstruktiv və interaktiv şəkildə keçən tədbirin sonunda iştirakçılara təlim qrup işi, video çarxa baxış oldu və müzakirələrlə yekunlaşdı. Tədbir təlim iştitakçıları tərəfindən maraqla qarşılanıb.
