Nazirlik: Ali məktəblərdə dövlət imtahanı ləğv olunub
13 Mart 2023 13:14 SosialAli təhsil müəssisələrində dövlət imtahanı ləğv olunub.
Olaylar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman deyib.
O bildirib ki, yeni təhsil standartında dövlət imtahanı deyilən anlayış yoxdur:
"Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31