Qəbul qaydalarında dəyişikliyə ehtiyac var - Nazir
13 Mart 2023 11:44 SosialQəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehtiyac var.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.
E.Əmrullayev bildirib ki, hazırda qəbul sistemi şaquli qəbul sistemidir. "Mahiyyət etibarı ilə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir", - deyə nazir qeyd edib.
O bildirib ki, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox özündən əvvəlki abituriyentin seçiminə görə edir: "Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır", - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31