«Azərsu» suyun qiymətinin qaldırılması məsələsinə aydınlıq gətirdi
13 Mart 2023 11:25 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.
"OLAYLAR" xəbər verir ki, bu barədə Səhmdar Cəmiyyət məlumat yayıb.
Bildirilib ki, hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31