Ona bu səlahiyyəti kim verib? - ÖZƏL

"Bu günlərdə respublikamızın mərkəzi aran zonasındakı rayon icra hakimiyyətlərinin birində keçirilən tədbirlə bağlı diqqətimi çəkən maraqlı bir məlumat aldım. İcra hakimiyyətində keçirilən müşavirədə diqqət mərkəzində bələdiyyələrin fəaliyyəti olub. Olsun. Çox gözəl. Əgər məqsəd bələdiyyələrin fəaliyyətinə dəstək verməkdirsə, onda  alqışlayıram". "Olaylar"ın məlumatına görə, bunu deyən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyin sədri Vüqar Tofiqlinin sözlərinə görə, ancaq məlumatı oxuduqca narahat olmaya bilmirsən: "Çünki bir tədbirdə bələdiyyə sədrlərinə yönələn bu qədər hikkənin hansı səbəbdən baş verdiyini təxmin etmək belə mümkün deyildi. Sual olunur, RİH başçısının müavini niyə və hansı səbəbə bələdiyyə sədrləriylə ultimativ tonda danışmalıdır. Ona bu səlahiyyəti kim verib? Və yaxud başçının birinci müavini hansı səbəbə örüş sahələrinin icarəyə verilməsini qəti şəkildə qadağan etməsini dilə gətirməli, üstəlik bütün hallarda RİH başçısından "razılıq almağın" zəruriliyini açıq şəkildə deməlidir.  Həqiqətən başa düşülən deyil. Bu cür prosedur qaydası hansı normativ aktda qeyd edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31