Rəqsləri ilə məşhurlaşan Nüşabə Həccdən qayıtdı - Tövbə etdi - FOTO
13 Mart 2023 10:24 Sosial"Allah arzulayan hər kəsə nəsib eləsin".
Bunu "Zaurla Günaydın" verlişində Həcc ziyarətini başa vuran müğənni Nüşabə Musayeva deyib.
Daha çox ehtiraslı rəqsləri ilə tanınan xanım ifaçı növbəti dəfə müqəddəs ziyarətə yollanacağını bildirib:
"Yenə də gedirəm. İnşallah may ayında gedəcəm".
Xatırladaq ki, Nüşabə ziyarətlə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımlardan birində "Artiq evimdəyəm, amma heç gəlmək istəmirdim. Məni yüksək məqama layiq görən, ucaldan, tövbə qapılarını üzümə açıb, məni hüzuruna dəvət edən Allahıma çox şükürlər olsun" sözlərini yazıb.
referans


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31