Xəzərin suyunun azalmasının hansı təsiri ola bilər?

 

Xəzərin suyunun sürətlə azalması müşahidə olunur. Su azalarsa hansı reallıqlar ortaya çıxa bilər? Olaylar ın məlumatına görə, millət vəkili Tahir Mirkişili bildirib ki,
bəzi tarixi qaynaqlara görə bizim eranın II-VII əsrlərdə Abşeron yarımadası ilə Türkmən ellərini birləşdirən, Xəzərin ortasından keçən yol mövcud olub, suyun səviyyəsininin artması ilə su altında qalıb, Səbayıl qalası kimi.
Məsələn, A.Bakıxanov özünün "Gülüstani-İrəm" əsərində yazırdı ki: "Yerli sakinlər arasında belə bir əfsanə qorunub saxlanılmışdır ki, qədim zamanlarda Bakıdan Türkmənistan sahillərinə qədər yol olub və oradan Türkmən atlıları bura göndərilirdi... "
Maraqlıdır ki, dənizdə olan zəngin neft-qaz yataqlarının da əksəriyyəti məhz bu qurşaq üzərində yerləşmişdir...
Əgər belə bir hal baş verərsə, onda Qərb-Şərq arasında mühüm nəqliyyat dəhlizi olan Orta Koridorun fəaliyyətində "su yolu" amili ortadan qalxar, Azərbaycanı Orta Asiya ölkələri ilə birləşdirən quru yol yarana bilər. Quru yolun gətirəcəyi faydalar isə kifayət qədər böyükdür...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31