Mənəvi Dəyərlərin Təbliği Fondu kitab sərgisinə qatılıb - ÖZƏL - FOTO
10 Mart 2023 11:59 SosialMənəvi Dəyərlərin Təbliği Fondu Lənkəran şəhərində keçirilən kitab sərgisində iştirak edir. Bu barədə Fonddan "Olaylar"a verilən məlumata görə, hal-hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində kitab sərgisi keçirilir: "Sərgidə Mənəvi Dəyərlərin Təbliği Fondu da nəşr etdirdiyi kitablarla iştirak edir. Fondun kitabları sərgi iştirakçılarına hədiyyə olaraq paylanılır. Xatırladaq ki, sərgi 10-12 mart tarixləri ərzində üç gün davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31